Bakının Nizami rayonunda maarifləndirmə tədbiri keçirilib
27 fevral 2023, 08:48
Fevralın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsi, Nizami Rayon İcra Hakimiyyəti (RİH) və 129 №-li tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Sağlam həyat tərzinin formalaşmasında milli-mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Nizami RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhmən Hüseynov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Rəşadət Hidayətov, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Sağlam həyat tərzinin formalaşmasında milli-mənəvi dəyərlərin rolundan bəhs olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.