Bakıda və regionlarda maarifləndirmə tədbirləri davam etdirilir
03 may 2024, 06:00

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələri Bakıda və regionlarda maarifləndirmə tədbirləri həyata keçirir.

Mayın 2-də Ucar rayonu Alpout kənd 1 saylı tam orta məktəbində  "Gənclər və milli-mənəvi dəyərlərimiz" mövzusunda baş tutan tədbirə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, rayon Polis Şöbəsinin rəis müavini Qoşqar Kazımov, müvafiq qurumların nümayəndələri, müəllimlər, eləcə də məktəblilər qatılıblar.

***

Mayın 2-də Bakı Avrasiya Universitetində “Milli birliyimizin möhkəmlənməsində mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vəfadar Zeynalov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Elşən Quluzadə, Cahangir Məmmədov, eləcə də universitetin müəllim və tələbələri iştirak ediblər.

***

Mayın 2-də Salyan şəhəri Ə.Kürçaylı adına 7 saylı texniki fənlər təmayüllü məktəb liseydə “Uşaqların humanizm ruhunda tərbiyəsinin mənəvi aspektləri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Sevinc Səmədova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ülvi Zeynallı, müəllimlər və məktəblilər iştirak ediblər.

***

Mayın 2-də Biləsuvar rayonun Aşağı Cürəli kənd tam orta məktəbində "Dini radikalizm və zərərli vərdişlərə qarşı mübarizə" mövzusu müzakirə edilib.  Tədbir Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Dadaşov, eləcə də orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə baş tutub.

***

Mayın 2-də daha bir tədbir Ucar rayonunda "Uşaqların tolerantlıq ruhunda tərbiyəsi" mövzusunda keçirilib.  Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, gənclər və orta məktəb şagirdləri iştirak ediblər.

***

Mayın 2-də Astara rayonu Maşxan kənd tam orta məktəbində “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda, Kijəbə qəsəbə tam orta məktəbində  isə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbirlər keçirilib. Tədbirlərdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Səyyad Babakişiyev, Famil Talıbov, müəllimlər və şagirdlər iştirak ediblər.

***

Mayın 3-də Şabran şəhər Roman Yusifov adına 2 nömrəli texniki təmayüllü liseydə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhıükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin məsləhətçisi Azər Tağıyev, gənclər və yeniyetmələr iştirak ediblər.

***

Mayın 3-də Sabirabad rayonunda “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Cəfərsadiq Cəfərli, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Əliabbas Həsənov, Regional Mədəniyyət idarəsi rəisinin birinci müavini Telman Əzimov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda mövzuların aktuallığından danışılıb. Milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində görülən işlərdən bəhs olunub.  Eyni zamanda dini radikalizmə qarşı həyata keçirilən mübarizə tədbirləri barədə ətraflı məlumat verilib.

Tədbirlər diskussiya şəklində davam edib.