Bakıda və respublikamızın bölgələrində “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbirləri keçirilib.
Mayın 22-də Bakı şəhəri, Binəqədi rayonunun 284 saylı tam orta məktəbində “İnsan hüquqları: dini etiqad azadlığı” mövzusunda tədbir keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elnur Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Amal Məlikov və Rəşadət Hidayətov, müəllim və şagirdlər iştirak ediblər.
***
Mayın 23-də Ucar rayonunun Qarabörk kənd tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
***
Mayın 23-də Lerik rayonunda “Milli-mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirici tədbir keçirilib. Pirəsora kənd tam orta məktəbdə baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Şahbazov, Rayon Polis Şöbəsinin rəis müavini Anar Şıxəliyev, Lerik RİH-nin əməkdaşı Ramin Ağayev, müəllim və şagirdlər iştirak ediblər.
***
Mayın 23-də Astara şəhəri 5 saylı tam orta məktəbdə “İnsan hüquqları: dini etiqad azadlığı” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Səyyad Babakişiyev, Famil Talıbov, müəllim və şagirdlər iştirak ediblər.
***
Mayın 24-də Qusar rayonunda “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehman Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov, rayonun dini icmalarının nümayəndələri və din xadimləri iştirak ediblər.
***
Mayın 24-də Lənkəran şəhəri R.Məmmədov adına 5 saylı tam orta məktəbində “İnsan hüquqları: dini etiqad azadlığı” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda “İnsan Hüquqları Aylığı” çərçivəsində ölkəmizdə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs olunub. Eyni zamanda respublikamızda dini radikalizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində görülən işlərdən danışılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.