Bakıda “Dövlət din münasibətləri və dini etiqad azadlığı” mövzusu müzakirə olunub
21 iyul 2025, 05:58

İyulun 18-də Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanan Tədbirlər Planına uyğun olaraq, Hərbi Polis İdarəsinin I bölməsində “Dövlət din münasibətləri və dini etiqad azadlığı” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.

Tədbirdə Hərbi Polis İdarəsinin I bölməsinin qərargah rəisinin köməkçisi Rauf Eminli, Bakı Şəhər prokurorunun köməkçisi Qoşqar Abdullayev, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları Elşən Quluzadə və Cahangir Məmmədov, həmçinin şəxsi heyət iştirak edib.

Çıxışlarda əsasən dövlətin din siyasəti, eyni zamanda dini ekstremizm və radikalizmin qarşısının alınması yolları barədə geniş məlumat verilib. Vurğulanıb ki, dövlət-din münasibətləri Azərbaycan cəmiyyətində sabitliyin və əmin-amanlığın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Həmçinin maarifləndirmə tədbirlərinin dini radikalizm və ayrı-seçkiliyə qarşı mübarizədə səmərəli vasitə olduğu xüsusi qeyd olunub.