Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
Bakıda Daxili Qoşunların N saylı hərbi hissəsində "Heydər Əliyev İli" çərçivəsində tədbir keçirilib
25 dekabr 2023, 10:18
Dekbarın 21-də Nərimanov rayonu, Daxili Qoşunların N saylı hərbi hissəsində "Heydər Əliyev İli" çərçivəsində "Azərbaycançılıq ideologiyası milli birliyimizin əsası kimi" mövzusunda tədbir keçirilib.
Tədbirdə hərbi hissə komandiri polkovnik-leytenant Bəhruz Kazımov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Elşən Quluzadə və Nuru İmanov iştirak ediblər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunub. Vurğulanıb ki, əsası Ümummilli Lider tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının formalaşması dövlətçiliyimizin və xalqımızın inkişafında mühüm rol oynayıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.