Bakı və Şirvan şəhərlərində maarifləndirmə tədbirləri keçirilib
12 iyun 2024, 09:04

İyunun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə  Şirvan peşə liseyində “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və fəsadları” adlı tədbir keçirilib. Tədbirdə  Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, müəllimlər və tələbələr iştirak ediblər.

***

İyunun 10-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “İnsan hüquqları aylığı” çərçivəsində "İnsan hüquqları və dini etiqad azadlığı" mövzusunda tədbir keçirilib. Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov, müvafiq dövlət orqanlarının əməkdaşları, müəllimlər və tələbələr iştirak ediblər.

Çıxışlarda dini radikalizmə qarşı mübarizə tədbirlərindən bəhs olunub. Bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs olunub. İştirakçıların sualları cavablandırılıb.