"Azərbaycanın dövlət müstəqilliyinin bərpası 30: dəyərlərimizin təminatı" mövzusunda regional seminar keçirilib
18 oktyabr 2021, 03:05

Oktyabrın 15-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Azərbaycanın dövlət müstəqilliyinin bərpası 30: dəyərlərimizin təminatı” mövzusunda  onlayn formatda regional seminar keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, QMİ-nin Zaqatala rayon qazısı Malik Bilalov, QMİ-nin Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov, Qax, Zaqatala və Balakən rayonlarının məsul şəxsləri, gənclər, dini icma sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı 18 oktyabr 1991-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı barəsində geniş danışılıb. O da bildirilib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ölkəmizin inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.