Martın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi və Şirvan Gənclər Evinin birgə təşkilatçılğı ilə Şirvan Gənclər Evində “Azərbaycan milli-mənəvi dəyərlər sistemində ailə dəyərlərinin rolu” mövzusunda seminar keçirilib.
Tədbirdə Azərbaycan xalqının milli-mənəvi dəyərləri, hər bir ailənin cəmiyyətin özəyi olaraq dövlətin himayəsində olması, ailənin vətənpərvərlik ruhunda möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Tolerantlıq və birgəyaşayış modelinin ölkəmizdə yüksək səviyyədə inkişaf etməsi, dövlətimizin və cəmiyyətin qorunması, ailələrin milli-mənəvi dəyərlərə hörmətlə yanaşmasının vacibliyi qeyd edilib.
Sonda "Azərbaycan tarixinin milli irsi" mövzusunda keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.