Azərbaycan nümayəndə heyətinin ABŞ-yə səfəri çərçivəsində ikitərəfli görüş keçirilib
27 oktyabr 2022, 04:50

Oktyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavinləri Səyavuş Heydərov və Sahib Nağıyev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyev Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) Səfirliyinin nümayəndəsi Elçin Quliyevin müşayiətilə ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı İdarəsinin direktor müavini Mariah Merker ilə görüşüblər.

Təşkil edilən ikitərəfli görüşdə M.Merkerə 26 oktyabrda keçirilmiş beynəlxalq konfrans, eləcə də Azərbaycan hökuməti tərəfindən həyata keçirilən din siyasəti, dini qurumlar, o cümlədən dini icmalara dövlət qayğısı, onların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Görüşün sonunda ikitərəfli əlaqələrin və əməkdaşlığın intensivləşdirilməsi barədə razılıq əldə olunub.