Azərbaycan nümayəndə heyəti Qarsda Ulu Öndərin abidəsini ziyarət edib
12 mart 2025, 06:45
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.
Martın 12-də nümayəndə heyəti Qars şəhərində yerləşən Heydər Əliyev parkında Azərbaycan xalqının Ümummilli Liderinin abidəsini ziyarət edib. Ulu Öndərin abidəsi önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.