Azərbaycan nümayəndə heyəti İstanbulda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
02 mart 2026, 17:07

Soydaşlarımızın sıx məskunlaşdığı ərazilərdə təşkil ediləcək iftar mərasimləri ilə əlaqədar Türkiyədə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki qurumların rəhbərliyi və Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulu martın 2-də İstanbul şəhərində Ulu Öndərin adını daşıyan Heydər Əliyev Parkında olub.
Nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin parkda ucaldılmış abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün parkda yerləşən abidəsi də ziyarət edilərək önünə gül dəstələri qoyulub.