Aprelin 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQIDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Astara şəhəri Z.Bünyadov adına 2 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Yeniyetmə, gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Elnur Ağayev, məktəbin direktoru Nazim Məmmədov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm, ekstremizm və onların mahiyyəti barədə məlumat verilib. Radikal dini təsirlərdən qorunmaq istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Natiqlər xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar.