Astarada Ramazan ayının başlaması ilə bağlı tədbir keçirilib
31 mart 2022, 09:28

Martın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Astara Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Astara rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ramazan ayının başlaması ilə bağlı tədbir keçirilib.

Tədbirdə Dövlət Komitənin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Astara RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı QMİ-nin Qazılar Şurasının Ramazan ayı ilə bağlı fətvasına və qanunvericiliyin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. Azanların QMİ-nin təqviminə uyğun verilməsinin zəruriliyi qeyd edilib. Eyni zamanda, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərdən istifadənin yolverilməziyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.