Aprelin 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və fəsadları” mövzusunda tədbir keçirilib.
Astara rayonu Rudəkənar kənd orta məktəbində baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Vüqar Şahbazov, Səyyad Babakişiyev, Famil Talıbov, məktəbin direktoru Rəvanə Babayeva, müəllim və şagirdlər iştirak edib.
Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və fəsadları barədə məlumat verilib. Bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunmanın vacibliyini qeyd edərək xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.
***
Aprelin 18-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib.
Astara rayonu Suparibağ kənd tam orta məktəbində baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Vüqar Şahbazov, Səyyad Babakişiyev, Famil Talıbov, məktəbin direktoru Nazənin Məmmədova, müəllim və şagirdlər iştirak edib.
Çıxışlar zamanı uşaqların milli-mənəvi dəyərlərimiz və vətənpərvərlik ruhunda formalaşmalarının əhəmiyyəti qeyd edilib. Onların zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyi vurğulanaraq bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən danışılıb.