Astarada “Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda tədbir təşkil edilib
08 may 2025, 09:31

Mayın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran  regional bölməsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə  təhsil sektorunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda tədbir keçirilib. 
Astara rayonu Burzuband kənd tam orta məktəbində baş tutan tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin əməkdaşları Emin Həmidli, Səyyad Babakişiyev, Famil Talıbov, məktəbin direktoru Turan Rəfiyev, müəllimlər və şagirdlər iştirak ediblər.  
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən geniş bəhs edilərək onun zəngin irsinin və çoxşaxəli fəaliyyətinin hər bir Azərbaycan vətəndaşı üçün nümunə olduğu bildirilib. Xalqımızın milli-mənəvi və dini dəyərlərinin qorunmasındakı xidmətlərinə diqqət çəkilib.

Qeyd olunub ki, azərbaycançılıq ideologiyasının əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.