Astarada 16 noyabr-Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir keçirilib
15 noyabr 2024, 10:27

Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi və Astara rayonu Pensər kəndi “Hacı Teymur” Cümə məscidi dini icmasının birgə təşkilatçılığı ilə 16 noyabr-Beynəlxalq Tolerantlıq Günü  münasibətilə tədbir keçirilib.

Pensər kəndi “Hacı Teymur” Cümə məscidində baş tutan tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları Emin Həmidli, Famil Talıbov, Pensər kəndi “Hacı Teymur” Cümə məscidi dini icmasının sədri, imamı Fariz Veysəlov, məscidin imamı İntizar Mürsəlov, Pensər kəndi “Cümə” məscidinin imamı Hüseynağa Nəsirov, dini icma üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.

Çıxışlar zamanı ölkəmizdə mövcud olan sülh mədəniyyəti və nümunəvi birgəyaşayış mühiti barəsində ətraflı məlumat verilib. Natiqlər Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh və həmrəylik şəraitində birgə yaşadığını diqqətə çatdıraraq formalaşmaqda olan yeniyetmə və gənclərin azərbaycançılıq və zəngin milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmasının əhəmiyyətini vurğulayıblar. Vətən müharibəsindəki qələbəmizdə və milli həmrəyliyimizin möhkəmlənməsində xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin mühüm rolu diqqətə çatdırılıb. Pensər kəndində olan vəhdətin nümunə olduğu qeyd edilib.

Sonda vəhdət namazı qılınıb.