Astara və Samuxda dini radikalizm mövzusu müzakirə olunub
23 fevral 2024, 03:00

Fevralın 21-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və fəsadları” mövzusunda tədbir keçirilib. Astara rayonu Burzuband kənd tam orta məktəbində baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Famil Talıbov, müəllim və şagirdlər iştirak ediblər.

***

Fevralın 21-də Astara rayonu Lovayın kənd tam orta məktəbində “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib. Baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Famil Talıbov, məktəbin direktoru Ramil Qurbanov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

***

Fevralın 22-də Samux şəhər S.Əliyev adına 2 nömrəli tam orta məktəbində “Yeniyetmə və gəncləri dini radikalizmdən qoruyaq!” mövzusu müzakirə olunub. Tədbir DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, rayon Polis Şöbəsinin əməkdaşı İlqar Verdiyev və məktəblilərin iştirakı ilə baş tutub.


Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və fəsadları barədə məlumat verilib, bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunmanın vacibliyini qeyd edərək xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.