Apellyasiya komissiyasına müraciət etmək istəyənlərin nəzərinə!
28 fevral 2023, 05:01

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün cari ilin 13-24 fevral tarixlərində keçirilən müsahibənin nəticələri ilə bağlı Apellyasiya komissiyasına bu gündən etibarən 5 iş günü müddətində elektron qaydada (sened@scwra.gov.az elektron poçtuna) müraciət ünvanlaya bilərsiniz.

Əlavə məlumat üçün:  (012) 497 02 53