27 Sentyabr - Anım Günü ilə əlaqədar respublikamızın bölgələrində silsilə tədbirlər keçirilib.
Şamaxıda baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazısı Mərəhmət Mustafayev, din xadimləri, dini icma sədrləri və üzvləri iştirak ediblər.
Zərdabda da anım tədbiri keçirilib. Tədbirə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova və dövlət qurumlarının əməkdaşları qatılıblar.
Lerik rayonunun Qosmalian kənd tam orta məktəbində “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” adlı tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Ağaəli Həsənov, məktəbin direktoru Kamal Hüseynov, müəllimlər və şagirdlər iştirak ediblər.
Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu, rayon Gənclər və İdman sektorunun müdiri Ceyhun Abdulov, Vətən müharibəsi iştirakçıları, gənclər, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə İmişlidə şəhidlərin xatirəsi anılıb.
Salyan şəhər Hacı Tağı məscidində baş tutan anım tədbirində QMİ-nin bölgə qazısı Hüsni Həsənov, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, din xadimləri və icma sədrləri iştirak ediblər.
Lerikdə keçirilən tədbirə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Səyyad Babakişiyev, Ağaəli Həsənov, müəllimlər və şagirdlər qatılıblar.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları, Saatlı, Sabirabad və İmişli rayonlarında fəaliyyət göstərən din xadimləri, dini icma sədrləri də şəhidlərimizin xatirəsini etiramla yad ediblər.
Öncə Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətdən danışılıb. Qeyd edilib ki, torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib. O da vurğulanıb ki, bu gün dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır.