Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
Angeliki Ziaka: Azərbaycandakı tolerantlıq digər ölkələr üçün çox yaxşı nümunədir
02 sentyabr 2014, 11:50
Azərbaycandakı mövcud tolerantlıq digər ölkələr üçün çox yaxşı nümunədir.Bu sözləri AzərTAc-a müsahibəsində mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün iştirakçısı, Yunanıstanın Aristotel Universitetinin ilahiyyat üzrə professoru xanım Angeliki Ziaka deyib.
Yunanıstanlı alim bildirib ki, Azərbaycanda tolerantlığın qədim tarixə malik olmasının əsas səbəbi ölkədə müxtəlif dinlərin və dini təriqətlərin təşəkkül tapmasıdır. Bunun nəticəsidir ki, bu gün Azərbaycan ərazisində fərqli dinlərə və dini təriqətlərə mənsub insanlar mehriban şəraitdə bir yerdə yaşayırlar.
A.Ziaka vurğulayıb ki, 2014-cü il üzrə mübadilə görüşü tanınmış din və mədəniyyət xadimlərinin iştirakı ilə fikir və təcrübə mübadiləsinin aparılması, müvafiq problemlərin həlli üçün ümumi rəyə gəlinməsi baxımından əlverişli imkan oldu.