“AMİN” könüllüləri üçün “Təqdimat bacarıqları” mövzusunda təlim keçirilib
02 iyun 2025, 08:08

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “AMİN” könüllüləri üçün “Təqdimat bacarıqları” mövzusunda təlim keçirilib.

Təlim könüllülərin təqdimat bacarıqlarını inkişaf etdirmək, özünü ifadə etmə qabiliyyətini artırmaq, auditoriya ilə effektiv ünsiyyət qurma yollarını göstərmək, eləcə də effektiv nitq texnikalarını təkmilləşdirmək məqsədi ilə təşkil edilib.

Təlimçi Şəbnəm Hümbətova gənclərə təqdimat zamanı davranış, effektiv təqdimat texnikaları və ən çox edilən səhvlərlə bağlı məlumat verib. Könüllülər, həmçinin, auditoriya ilə əlaqənin qurulması, kommunikasiya kanalları, səsin düzgün tənzimlənməsi, təqdimat zamanı bədən dili, praktik təqdimat işləri, elektron təqdimatların hazırlanması və s. mövzularda nəzəri və praktiki biliklərə yiyələniblər.

İnteraktiv formada təşkil edilən təlimin sonunda könüllüləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “AMİN” könüllüləri üçün ənənəvi və rəqəmsal media, sosial şəbəkələrdən düzgün istifadə və digər mövzularda silsilə təlimlərin keçirilməsi nəzərdə tutulub.