“AMİN” könüllüləri üçün “Auditoriya qarşısında çıxış, nitq sənəti” mövzusunda təlim keçirilib
04 noyabr 2025, 17:58
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “AMİN” könüllüləri üçün “Auditoriya qarşısında çıxış, nitq sənəti” mövzusunda təlim keçirilib.
Təlimin məqsədi gənclərin ictimai çıxış bacarıqlarını artırmaq, onların fikirlərini səlis və inamlı şəkildə ifadə etmə qabiliyyətini inkişaf etdirməkdir.
Təlim zamanı iştirakçılara nitq mədəniyyəti, bədən dili, səsin idarə olunması, tamaşaçı ilə ünsiyyət və auditoriya qarşısında stresin aradan qaldırılması kimi mövzular haqqında məlumat verilib. İnteraktiv şəkildə keçirilən məşğələlərdə könüllülər həm nəzəri biliklər əldə edib, həm də praktiki çıxışlar vasitəsilə öz bacarıqlarını sınaqdan keçiriblər.