Alban məbədi, Kəndxurd kəndi
15 may 2021, 03:51
Xocavəndin Kəndxurd kəndində Alban memarlığına aid abidə yerləşir. Giriş qapısı qərb tərəfdən olan abidənin dam örtüyü ikiqatlıdır. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Kəndxurd kəndi işğal edildikdən sonra bu qədim alban abidəsi yararsız hala salınmışdır.
30 ilə yaxın Ermənistanın işğalı altında qalan abidə, xüsusilə 2000-ci ildə ermənilər tərəfindən dağıdılmış, ilkin memarlıq quruluşu tamamilə dəyişdirilmişdir.