Xocalı rayonunun Şuşakənd ərazisində 905-ci ilə aid edilən qədim alban məbədi mövcud olmuşdur. Mənbələrdə Qarqar çayının sol sahilində, Şuşakənddə yerləşən bu qədim məbəd haqda məlumat verilmişdir. Qeyd edilir ki, Şuşakənddəki Müqəddəs Stepannos kilsəsinin qapısının divarında yazılı kitabə vardır. İnşaat kitabəsində kilsənin Alban patriarxlığının bütün ölənlərinin ruhunun xatirəsinə ucaldıldığı qeyd olunub. Vadinin digər tərəfində qədim alban kilsəsindəki xaçdaşında XV əsrə aid kitabə də aşkar edilib. Kitabədə bu xaçdaşın kilsənin Qoç adlı rahibinin öz anası Əzizənin şərəfinə uçaltdığı yazır. Göründüyü kimi, Xaçın hakimlərinin və onların ailə üzvləri ilə yanaşı Xaçının xristian əhalisinin, hətta rahiblərin də adlarının türk mənşəli olması Qarabağın bütün alban məbədlərindəki qeydə alınmış kitabələrdə oz əksini tapmışdır. Bu, Qarabağın alban-türk tarixinin dərin köklərinə dayandığını təsdiq edən mühüm faktlardandır.