Alban məbədi (1170), Hadrut qəsəbəsi
10 may 2022, 08:11
Hadrut Qozluçayın dərəsində Ərgünəş dağı yaxınlığında yerləşir. Hadrut bölgəsi Dizaq mahalının tərkibində olmuşdur. Hadrutda həm qədim, həm də erkən və orta əsr xristianlıq dövrünə aid abidələr mövcud idi.
Hadrut qəsəbəsinin mərkəzində alban məbədi yerləşir. Məbəd ərazisində vaxtilə inşa edilmiş kitabədə kilsənin inşa tarixi 1170-ci il olaraq qeyd edilmişdir. Hal-hazırda kitabə kilsənin ərazisində yoxdur.