Alban kilsəsi, Bartaz kəndi
11 aprel 2022, 03:06

Araz çayının sol sahilində yerləşən Bartaz kəndi yaxınlığında, meşənin dərinliklərində qədim alban məbədinin qalıqları var idi. Bir hissəsi uçub dağılmış alban kilsəsinin divarlarının qalınlığı 1,5 metrə çatırdı. Kilsənin 100-150 metrliyində qədim ziyarətgah olan Xanəzir piri yerləşirdi. Qədim kilsənin memarlq quruluşu Zəngilanın Qarababa kəndindəki alban abidəsi ilə eynilik təşkil edirdi.