Ağsuda "Uşaq hüquqlarının qorunmasında hüquqi və mənəvi öhdəliklərimiz” mövzusu müzakirə olunub
22 sentyabr 2021, 08:14

Sentyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin və Ağsu rayonu Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqlarının qorunmasında hüquqi və mənəvi öhdəliklərimiz” mövzusunda onlayın formatda  seminar-treninq keçirilib. Seminar-treninqdə  DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Tural Vahidov, Ağsu rayonu Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Təhmasib Məhəmmədhüseyin və gənclər iştirak ediblər.

Seminarda çıxış edən natiqlər gənclərin və uşaqların təlim-tərbiyəsində milli-mənəvi dəyərlərin rolundan, cəmiyyətin uşaqlar  qarşısında hüquqi və mənəvi öhdəliklərindən söz açıblar. Qeyd olunub ki, milli-mənəvi dəyərlər işığında, vətənpərvər ruhda böyüdülən uşaqlar gələcəkdə öz dövlətinə, torpağına bağlı olan vicdanlı vətəndaş olur.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.