Ağsuda “Ötən ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib
08 yanvar 2025, 07:30

Yanvarın 7-də  Ağsu şəhəri “Nuran Xatun” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsinin və Ağsu Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Ötən ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə Ağsu RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Kənan Tacızadə, DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Tural Vahidov, Qafqaz Müsəlmanları İdarəsinin Ağsu rayonu üzrə səlahiyyətli nümayəndəsi Nurəddin İslamov, din xadimləri, dini icma sədrləri və dini icma üzvləri iştirak ediblər.
Dini icmalar və din xadimlərinin ötən ilin yekun hesabatı dinlənilib, həmçinin 2025-ci ildə görüləcək işlər müzakirə olunub.