Fevralın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və Ağsu Rayon Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə şəhər Aslan Nadirov adına 1 nömrəli məktəb - liseydə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, Gənclər və İdman sektorunun əməkdaşı Təhmasib Məhəmmədhüseyin, müəllimlər və şagirdlər iştirak ediblər.
***
Fevralın 15-də daha bir maarifləndirmə tədbiri İsmayıllı rayonunda baş tutub. “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunun müzakirəsinə Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Aparatanın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, vmüvafiq qurumların nümayəndələri, eləcə də din xadimləri qatılıblar.
Çıxışlarda mövzuların aktuallağından danışılıb. Bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.