Ağstafada “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin yeri” mövzusu müzakirə olunub
12 fevral 2024, 17:23

Fevralın 12-də Ağstafa rayonunda “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin yeri” mövzusunda  tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri əvəzi Pərvin Zeynalov, Ağstafa şəhər “Cümə” məscidinin dini icma sədri və imamı Şahin İsmayılzadə, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlarda xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin yerindən bəhs olunub. Bölgələrdə keçirilən maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Tədbir iştirakçıların suallarının cavabdırılması ilə yekunlaşıb.