Ağstafada "Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərin rolu" mövzusu müzakirə olunub
29 sentyabr 2022, 06:55

Sentyabrın 28-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi, Ağstafa Rayon İcra Hakimiyyəti (RİH), rayon Təhsil Sektoru və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərin rolu" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Pərvin Zeynalov, Ağstafa RİH -nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsa Məmmədov, Ağstafa rayon gənclər və idman idarəsinin rəisi Əziz Məsmalıyev, təhsil işçiləri və gənclər iştirak ediblər.

Çıxışlarda Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərin rolundan bəhs olunub. Vətənpərvərliyin ən nəcib mənəvi keyfiyyət olduğu diqqətə çatdırlıb. Vurğulanıb ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması 44 günlük müharibədə öz müsbət nəticəsini verdi.

Tədbir müzakirələrlə davam edib.