Oktyabrın 22-də Ağstafa şəhər Cümə məscidində "Uşaqların təhsildən yayındırılmasına qarşı mübarizədə dini icmaların rolu" mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, bölmənin məsləhətçisi Cavid Səfərov, Ağstafa şəhər İmam Əli adına “Cümə” məscidinin icma sədri və imamı Şahin İsmayılzadə, din xadimləri, həmçinin dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Uşaqların təhsildən yayındırılmasına qarşı mübarizədə dini icmaların rolundan bəhs olunub. Bu cür tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyi vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbir müzakirələrlə davam etdirilib.