Ağstafada “Radikal dini cərəyanların gənclərə təsiri: necə qorunmalı?" mövzusunda tədbir baş tutub
25 fevral 2025, 09:50

Dini Qurumlarla İş​ üzrə Dövlət Komitəsinin Qazax-Tovuz  regional bölməsinin və Ağstafa RPŞ-nin təşkilatçılığı ilə fevralın 25-də Ağstafa rayon Həsənsu kənd tam orta məktəbində “Radikal dini cərəyanların gənclərə təsiri: Necə qorunmalı?" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, Ağstafa RPŞ-nin rəisi  Vüqar Xəlilov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov, Ağstafa rayon Həsənsu kənd tam orta məktəbinin müəllim və şagidləri iştirak ediblər.

Çıxışlar zamanı dini radikalizm, ekstremizm və onların mahiyyəti, gənclərə psixoloji təsir üsulları barədə məlumat verilib. Yeniyetmə və gənclərin radikal dini təsirlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar. Dini radikalizm və ekstremizmin vətəndaş cəmiyyəti, hüquqi və demokratik dövlət üçün təhlükə mənbəyi olduğu vurğulanıb.