Ağstafada “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib
12 dekabr 2024, 09:29
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin iştirakı ilə dekabrın 12-də Ağstafa şəhər Cümə məscidində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, bölmənin əməkdaşları və Ağstafa İmam Əli adına “Cümə” məscidinin imamı Şahin İsmayılzadə, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda antikorrupsiya strategiyalarının əsas istiqamətləri haqda məlumat verilib. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.