Ağstafada “Gənclərin zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərin rolu” mövzusu müzakirə edilib
21 fevral 2022, 03:16

Fevralın 18-də Ağstafa rayonunda “Gənclərin zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsa Məmmədov, Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Ağstafa Rayon Təhsil Şöbəsinin nümayəndəsi Əli Əliyev, müəllimlər, məktəb psixoloqları və rayonun aktiv gəncləri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, ölkəmizin gələcək taleyi onun gənclərindən asılı olduğu üçün təhsildə aparılan islahatlar milli ənənələrimizə, milli dəyərlərimizə söykənərək soykökünə bağlı şəxsiyyətin formalaşdırılmasına xidmət etməlidir. Bildirilib ki, milli soykökə qayıdış, milli özünüdərk ailədə uşaqların tərbiyəsindən başlayaraq məktəbəqədər müəssisələrdə və orta məktəblərdə davam etdirilməlidir. O da vurğulanıb ki, gənclər milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmalıdır.