Bölgələrdə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib.
İyunun 24-də Ağstafa rayonunda yerləşən hərbi hissədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi və hərbi hissənin birgə təşkilatçılığı ilə "Dini ekstremizmə qarşı mübarizədə hərbi qulluqçuların yeri və rolu" mövzusunda tədbir keçirilib.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, hərbi hissənin rəhbərliyi, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsi və Müdafiə Nazirliyinin Kürdəmir rayonunda yerləşən “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, şöbənin əməkdaşları, zabitlər və əsgərlər iştirak ediblər.
Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi və Şəki İslam Kollecinin birgə təşkilatçılığı ilə Şəkidə keçirilən tədbirdə isə Komitənin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Saleh Məmmədov, Kollecin müdiri Abdurrəhman Nuri və tələbələr iştirak ediblər.
Çıxışlarda Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qazandığı tarixi Zəfərdən bəhs olunub. Azərbaycanda dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması sahələrində dövlət tərəfindən geniş tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması, ümumbəşəri və multikultural dəyərlərə hörmət aşılanması hər zaman prioritet olub.
Çıxışlardan sonra tədbir iştirakçıları arasında mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.