Noyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ağdaş rayon Heydər Əliyev Mərkəzində "Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik məqamı" mövzusunda tədbir təşkil olunub.
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Asif Ədilov, Regional Gənclər və İdman İdarəsinin Ağdaş rayon sektorunun müdiri Samir İsrəfilov, Vətən müharibəsi iştirakçıları, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızın göstərdiyi şücaət nümunələrindən danışıblar. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi Qələbə qazanaraq şəhidlərimizin qisasını düşməndən layiqincə alıb.
Tədbir müzakirələrlə davam etdirilib.