Ağdaşda “Uşaqların gender bərabərliyi prinsiplərinə uyğun tərbiyəsi” mövzusu müzakirə olunub
26 sentyabr 2025, 16:33

Sentyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Ağdaş şəhəri Səməd Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Uşaqların gender bərabərliyi prinsiplərinə uyğun tərbiyəsi” mövzusunda tədbirdə keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Asif Ədilov, Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Taleh Abdullayev, dini icma sədrləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda uşaqların gender bərabərliyi prinsiplərinə uyğun tərbiyəsinin önəmi vurğulanıb, bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsinin zərurəti qeyd edilib. Bildirilib ki, ailə və məktəb bu məsələdə birgə əməkdaşlıq etməli, uşaqlarda hörmət, bərabərlik və əxlaqi dəyərlərin formalaşmasına xüsusi diqqət yetirilməlidir. Eyni zamanda, cəmiyyətin sağlam inkişafı üçün gender bərabərliyinin təmin olunmasının vacibliyi qeyd olunub.