Sentyabrın 12-də Ağdaş rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax regional bölməsi, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Ağdaş Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Şuşa şəhəri: böyük qayıdış və dirçəliş dövrü” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Yevlax regional bölməsinin əməkdaşı Asif Ədilov, Ağdaş Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi, Mərkəzi Aran regional Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyinin əməkdaşları, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub. Vurğulanıb ki, erməni əsarətindən azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Şuşa şəhərində böyük dirçəliş dövrü başlanıb. İşğaldan azad edilən ərazilərdə quruculuq, bərpa işlərinin sürəti və miqyası gündən-günə artır. Qeyd edilib ki, Qarabağın işğaldan azad edilən ərazilərində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır, iri infrastruktur layihələri uğurla icra olunur.
Tədbir müzakirələrlə davam edib.