Aprelin 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə "Ramazan ayı günahlara tövbə və səbr ayıdır" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi, Ağdaş şəhər dindarları məscidi dini icmasının sədri Vasib Əhmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Ramazan ayının əhəmiyyətindən bəhs olunub. Ramazan ayının sevgi, qardaşlıq, mehribanlıq, həm də səbr ayı olması, xalqımız tərəfindən bu aya böyük əhəmiyyət verilməsindən danışılıb. Bildirilib ki, mənəviyyat və əxlaqın saflaşmasına vəsilə olan Ramazan ayı insanın pis vərdişlərdən uzaq durmasına, xeyirxah əməllər görməsinə, fiziki və mənəvi olaraq güclü olmasına səbəb olan aydır.
Sonda iştirakçılarının fikirləri dinlənilib və tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib.