Ağdaşda “Ramazan ayı: İslamın iftar mədəniyyəti və həmrəylik ruhu” mövzusunda tədbir keçirilib
13 mart 2025, 06:46

Martın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ağdaş rayonunda “Ramazan ayı: İslamın iftar mədəniyyəti və həmrəylik ruhu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Asif Ədilov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Səbuhi Musayev, Regional Gənclər və İdman İdarəsinin sektor müdiri din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, İslami dəyərlərin qorunduğu ölkəmizdə hər il dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Ramazan bayramı insanlar arasında bərabərliyi, birliyi daha da gücləndirir. Diqqətə çatdırılıb ki bu bayram cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, humanizmin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə təcəssüm etdirir.

Tədbir müzakirələrlə davam etdirilib.