Ağdaşda dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub
07 dekabr 2022, 06:54
Dekabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Ağdaş Dövlət Humanitar Kollecinin birgə təşkilatçılığı ilə "Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, kollecin müəllim və tələbələri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Natiqlər dini radikalizm və ekstremizmin yarada biləcəyi fəsadlardan bəhs ediblər. Vurğulayıblar ki, radikalizmi doğuran başlıca səbəblərdən biri də dinlər haqqında məlumatsızlıq və dini bilgilərin zəif olmasıdır.
Tədbir qarşılıqlı müzakirələrlə davam edib.