Ağdaşda "Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və fəsadları" mövzusu müzakirə olunub
21 fevral 2024, 05:25

Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ağdaş rayon sektorunun birgə təşkilatçılığı ilə  "Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və fəsadları" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax  bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Rayon Gənclər və İdman Sektorunun müdiri Samir İsrəfilov, rayon İcra Hakimiyyətinin nümayəndəsi İradə Babayeva, Ağdaş Peşə Məktəbinin müəllimləri, tələbələri, din xadimləri, eləcə də gənclər iştirak ediblər.

Çıxışlarda dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti barədə ətraflı məlumat verilib. Dini radikalizmin fəsadları geniş izah olunub. Dini ekstremizmə qarşı mübarizə istiqamətində həyata keçirilən işlərdən danışılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.