Ağdaş və Biləsuvarda erkən nikah problemi müzakirə edilib
24 oktyabr 2024, 09:29
Oktyabr 24-də Ağdaş və Biləsuvar rayonlarında "Uşaq hüquqları aylığı" çərçivəsində “Uşaq hüquqlarının qorunması: erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda tədbirlər təşkil olunub.
Tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax və Şirvan-Salyan regional bölmələrinin əməkdaşları Asif Ədilov, Cavid Dadaşov, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri, din xadimləri, eləcə də gənclər iştirak ediblər.
Çıxışlarda mövzunun aktuallığından bəhs olunub. Maarifləndirmə sahəsində təhsil müəssisələrinin, həmçinin din xadimlərinin rolu vurğulanıb. Eyni zamanda erkən nikahın fəsadları barədə geniş məlumat verilib.
Tədbirlər müzakirələrlə davam etdirilib.