Dekabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbələri müvafiq qurumlarla birgə maarifləndirmə tədbirləri həyata keçirib. Ağdaş Dövlət Humanitar Kollecində, Lənkəran rayonunda, həmçinin Balakən rayonunun Rauf Hədisov adına Yeni Şərif kənd tam orta məktəbində müxtəlif mövzulara həsr olunmuş tədbirlərdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşları Asif Ədilov, Emin Həmidli, Səyyad Babakişiyev, Elməddin Atakişiyev, din xadimləri, gənclər, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda dini radikalizm və zərərli vərdişlərə qarşı həyata keçirilən mübarizə tədbirlərindən bəhs olunub. Bu istiqamətdə maarifləndirmənin əhəmiyyəti vurğulanıb. Eyni zamanda respublikamızda dini durumun sabit olduğu diqqətə çatdırılıb. Sonda iştirakçıların sualları cavablandırılıb.