Ağdamda “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda müzakirələr aparılıb
25 fevral 2025, 07:59

Fevralın 21-də Ağdam rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsi, Ağdam rayon İcra Hakimiyyəti  və Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə  Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsullarımövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini yad etməklə başlanıb. Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin baş məsləhətçi vəzifəsini icra edən Ramil Cavadov, Ağdam rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev və Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasının sədri Mehman Nəsirov çıxış edərək dini fanatizm, radikalizm və ekstremizmin yaratdığı fəsadlar və  onların təhlükəsi haqqında ətraflı məlumat veriblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadığı, respublikamızın dünyada tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyi qeyd olunub.

Tədbirdə icma üzvləri, gənclər və din xadimləri iştirak ediblər.

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə sona çatıb.