Ağdamda “Dünyamızı sülhlə qoruyaq” mövzusunda tədbir keçirilib
22 sentyabr 2021, 02:56

Sentyabrın 21-də Ağdamda “Sülh Aylığı” çərçivəsində “Dünyamızı sülhlə qoruyaq” mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramil Cavadov, Ağdam rayon Heydər Əliyev Mərkəzinin fond müdiri Elçin Cəfərov, Qaradağlı kənd mədəniyyət evinin direktoru Zənurə Mirzəyeva, Zəngişalı kənd mədəniyyət evinin direktoru Fikrət Əliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı vurğulanıb ki, ölkəmiz milliyyətindən, dinindən, dilindən və cinsindən asılı olmayaraq hər kəsi sülhə səsləyir. Qeyd olunub ki, Azərbaycan dünyada sülhsevər ölkə kimi tanınmaqdadır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.