Ağdamda din xadimlərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib
18 avqust 2025, 04:22

Avqustun 15-də Ağdam rayonunun Xındırıstan kənd məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsi ilə Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və suverenlik ili: Suverenliyin qorunmasında dini, mənəvi həmrəyliyin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin baş məsləhətçisi Ramil Cavadov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mehman Mustafayev, eləcə də din xadimləri iştirak ediblər.
Çıxış edən natiqlər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında dini icmaların və mənəvi birliyin rolunu qeyd ediblər. Eyni zamanda, ölkədə mövcud olan dini tolerantlıq mühiti və dövlət-din münasibətləri sahəsində həyata keçirilən uğurlu siyasət barədə məlumat verilib. Dövlətin dini icmalara göstərdiyi diqqət və qayğıdan bəhs edilib, bu cür maarifləndirici tədbirlərin cəmiyyətin dini biliklərinin artırılmasında mühüm rol oynadığını qeyd ediblər.