Ağcabədidə “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” mövzusunda tədbir keçirilib
29 mart 2017, 02:23
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Ağcabədi rayonu Salmanbəyli kənd “Heydər” məscidi dini icması tərəfindən martın 28-də “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” adlı layihə çərçivəsində ilk tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşları Cavid Məlikzadə, Mehdixan Zeynalov, Ağcabədi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, YAP Ağcabədi rayon təşkilatının əməkdaşı Mehman Novruzov, Ağcabədi RİH başçısının Salmanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Sultanov, Ağcabədi rayon “Cümə” məscidi dini icmasının sədri və axundu Mərdan Rzayev, “Heydər” məscidi dini icmasının sədri Heydər Məmmədov, kənd ağsaqqalları və dindarlar iştirak ediblər.
Çıxış edən Ağcabədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev “İslam Həmrəyliyi İli”ndə qarşıda duran vəzifələr, din və məzhəb ayrı-seçkiliyi mövzusunda məruzə edib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, YAP Ağcabədi rayon təşkilatının əməkdaşı Mehman Novruzov, Ağcabədi RİH başçısının Salmanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Sultanov, Ağcabədi rayon “Cümə” məscidi dini icmasının sədri və axundu Mərdan Rzayev və kənd ağsaqqalları mövzu ilə bağlı fikirlərini söyləyiblər.