Dekabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda onlayn seminar keçirilib.
Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Ağcabədi RİH başçısı Aparatının nümayndəsi Vüsalə Məmmədova, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov və Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Qeyd edilib ki, gender əsaslı zorakılığın qarşısının alınması istiqamətində ölkəmizdə mühüm tədbirlər həyata keçirilir. O da bildirilib ki, bütün dünyada qadın hüquqlarının təmin edilməsi, gender əsaslı zorakılıq, məişət zorakılığı və digər problemlərin həll olunması sahəsində əldə edilmiş böyük uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlamaqdadır.